[b]“Şehiç əla qapıçı səviyyəsinə yüksəlib” – dünya çempionu[/b]
12.02.2018 - 16:53
[b]“Şehiç əla qapıçı səviyyəsinə yüksəlib” – dünya çempionu[/b]

“İbrahim Şehiçlə Türkiyədəki toplanış zamanı görüşdük. O, öz komandasının düşərgəsində idi, mən də klubumla birlikdə”. Apasport.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovina yığmasının sabiq qapıçısı Tomislav Piplitsa deyib.

 

Yerli mətbuata müsahibə verən 49 yaşlı mütəxəssis “Qarabağ”ın qolkiperi İbrahim Şehiçin Çempionlar Liqasının qrup mərhələsindəki çıxışına da toxunub.

 

Almaniyanın VI liqa təmsilçisi “Aylenburq”da çalışan Piplitsa Şehiçin oyununu müsbət dəyərləndirib: “Şehiç inkişaf edərək, əla qapıçı səviyyəsinə yüksəlib. Onun ən yaxşı olmasını istəyirəm və uğurlu çıxışını davam etdirməsini arzulayıram. İbrahim komandasında yaxşı işlər görür, üstəlik, böyük tərəqqiyə nail olub”.

 

Dünya çempionu Şehiçin Bosniya və Herseqovina yığmasının əsas qapıçısı ola bilməməsini bəxtsizliklə əlaqələndirib. Onun fikrincə, millinin “bir nömrəsi” Asmir Beqoviçin İngiltərədə oynaması baş məşqçinin qərarına ciddi təsir göstərib: “Şehiçin bəxti onda gətirməyib ki, Asmir Beqoviçlə eyni dövrə düşüb. Beqoviçin isə “Çelsi”də işləri yolunda getmədi. Ancaq həvəsdən düşməməlidi. Çünki ən azı cəhd edib. Orda güclü rəqabətlə üzləşmişdi”.

 

Qeyd edək ki, Tomislav Piplitsa 1987-ci ildə keçirilən gənclər arasında dünya çempionatında qızıl medal qazanıb.

0