[b]Şehiç “Ərzurumspor”a söz verib, başqa klubla anlaşdı[/b]
21.06.2018 - 12:41
[b]Şehiç “Ərzurumspor”a söz verib, başqa klubla anlaşdı[/b]

Ötən mövsüm başa çatar-çatmaz “Qarabağ”la yollarını ayıran İbrahim Şehiç gələcək karyerası ilə bağlı qərarını dəyişib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qolkiper öncədən anlaşdığı “Ərzurumspor”a keçməkdən imtina edib.

Maraqlıdı ki, Bosniya və Herseqovina millisinin üzvü Superliqaya vəsiqə qazanan digər komanda “Çaykur Rizəspor”la anlaşıb. Ərzurum təmsilçisinə “hə” deyib, sonradan daha yaxşı təklif göndərən rizəlilərlə ortaq məxrəcə gələn Şehiçin keçidi yaxın günlərdə rəsmiləşəcək. Artıq onun yolunu gözləyən “Çaykur Rizəspor” “Partizan”ın hücumçusu Zoran Toşiçi də heyətinə qatmağa çalışır.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, ölkəmizə gəlməzdən əvvəl 2 il (2011-2013) Türkiyədə “Mersin İdman Yurdu”nun uğurları üçün çalışıb.

0