23 Noyabr 16:31 Şehiç qrup mərhələsinin ən yaxşısı, "Qarabağ" yeganə komandasıdı!
FUTBOL xəbərləri 23 Noyabr 16:31
4153 baxış

Şehiç qrup mərhələsinin ən yaxşısı, "Qarabağ" yeganə komandasıdı!

Çempionlar Liqasının V turundan sonra statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA həm fərdi, həm komanda hesabında ən yaxşı və ən bərbad olanları müəyyənləşdirib.

 

Fərdi statistikalarda ön sıralarda qərarlaşanlar arasında “Qarabağ”ın futbolçuları da yer alıb. Onlardan ikisi müsbət, biri mənfi mənada diqqət mərkəzinə düşüb.

 

Azərbaycan çempionunun heyətində İbrahim Şehiç qitənin ən nüfuzlu klub turnirində ən çox seyv edən qapıçıdı. Bosniya və herseqovinalı hamıdan çox – 27 dəfə qurtarış edib. O, ən yaxın izləyicisi Yasmin Handanoviçi 2 seyv qabaqlayır.

 

Riçard Almeyda dəqiq ötürmələrin sayında ilk “onluq”da yer alıb. 343 pas verən braziliyalı turnirin 9-cusudu.

 

İntizamsızlar siyahısına isə 15 qayda pozuntusuna yol verən Pedro Enrike “başçılıq edir”.

 

Komanda göstəricilərində isə “Qarabağ” yalnız mənfi mənada fərqlənə bilib. Azərbaycan çempionu rəqib qapılarına hamıdan az – vur-tut 36 zərbə endirib.

 

5 matç keçirən təmsilçimiz orta hesabla hər görüşdə 7,2 dəfə qapını nişan almağa cəhd edib. “Qarabağ” bunların yalnız 8-də çərçivəyə düşüb. 5 oyunda 8 dəfə çərçivəyə zərbə endirən Ağdam klubu bu göstəricidə də sonuncu sıradadı.

 

Çərçivəyə düşməyən zərbə sayında təmsilçimiz 3-cü yerdədi – 16 zərbə.

 

Arxada qalan oyunlarda cəmi 10 dəfə künc zərbəsi yerinə yetirən Qurban Qurbanovun yetirmələri yalnız “Spartak”dan öndədi. Rusiyalılar 8 kornerlə kifayətlənib.

 

Qapısı önündə 38 belə zərbə vurulan “Qarabağ” 4-5-ci yerləri “Olimpiakos”la bölüşür.

 

Çempionumuz qırmızı vərəqə sayında Çempionlar Liqasının ən çox cəzalanan komandasıdı. Debütant yeganə klubdu ki, ilk 5 oyunda 3 dəfə meydandan qovulmaya üzülüb.

 

Xəbər lenti