[b]Şəhriyar Rəhimov: Onlar Azərbaycanda “Nömrə 1”di – MÜSAHİBƏ[/b]
26.02.2018 - 00:01
[b]Şəhriyar Rəhimov: Onlar Azərbaycanda “Nömrə 1”di – MÜSAHİBƏ[/b]

“Qarabağ”la oyunun son dəqiqələrində qol buraxan “Kəpəz” yenə xal qazana bilmədi. Oyundan sonra Gəncə təmsilçisinin kapitanı Şəhriyar Rəhimov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Bu matçda 85 dəqiqə dözdünüz, amma məğlubiyyətdən qaça bilmədiniz. Bu, ardıcıl üçüncü oyundu. Nə çatmadı?

- Nə çatmadı deyəndə ki, belə olacağını bilirdik. “Qarabağ”a qarşı tək biz yox, bütün komandalar müdafiədən oynayır. Bacardığımız qədər dözdük. Böyük təzyiq var idi və 85 dəqiqə dayandıq. Bir diqqətsizlik oyunun taleyini həll etdi. Müdafiədən hücuma keçməyimiz alınmadı. Bu məqamda “Qarabağ”ın ustalıq səviyyəsini qeyd etməliyik. Onlar Azərbaycanda “Nömrə 1”di.

 

- Oyundan sonra Dario ilə nəsə danışdınız. Nə deyirdiniz ona?

- Kimisə günahlandırmaq istəmirəm. Oyunu komanda uduzub. Matç kiminsə üzərində qurulmayıb ki... Dario tez qərar verdi. Halbuki o, arxa zonanı bağlamalı idi. Ani diqqətsizlik qolla nəticələndi.

 

- Hakimliklə bağlı nə düşünürsüz?

- Topu görmədim, amma əllə oyunun olduğu deyilir. Təkrara baxacağıq, varsa, tədbir görmək lazımdı. Düzdü, hakim də insandı. “Kəpəz”in rəqibindən zəif olduğu faktdır. Belə epizodlarda daha diqqətli olmaq vacibdi.

 

- Qışda komandanın heyəti demək olar 80 faiz yeniləndi. Amma nəticələr dəyişmir…

- Heç kimə asan uduzmuruq. Mübarizə aparırıq, vuruşuruq. Əlbəttə, göstərici nəticədi. Yaxşı oynayıb uduzmaqdansa, pis çıxış edib, udmaq daha yaxşıdı. Xallar qazanmaq istəyirik.  Deyə bilmərəm ki, pis oynayırıq. Xeyr. Sadəcə, hücumda bir qədər diqqətli olmalıyıq, yarım epizoddan belə tam dəqiq istifadə etməliyik.

0