[b]Semedo 3-cü dəfə saxlanıldı[/b]
22.02.2018 - 15:47
[b]Semedo 3-cü dəfə saxlanıldı[/b]

“Vilyarreal”ın futbolçusu Ruben Semedo növbəti dəfə polis tərəfindən saxlanılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc müdafiəçi bu dəfə bir nəfəri zorla evində saxlamaqda günahlandırılır.

 

Həmin şəxsə qarşı şiddət tətbiq etdiyi üçün polis tərəfindən saxlanılan 23 yaşlı oyunçu bununla son 4 ayda 3-cü dəfə bölməyə aparılıb. Semedo bundan əvvəl bir dəfə gecə klubundakı davaya silahla müdaxilə etdiyi, digər halda isə bir nəfərin başında şüşə qab qırdığı üçün eyni durumla üzləşmişdi.

 

Axırıncı hadisədən sonra futbolçuya tənqidlər artıb. “Vilyarreal” rəhbərliyinin Semedonun müqaviləsinə xitam verəcəyi bildirilir.

 

Qeyd edək ki, “Vilyarreal” Ruben Semedonu ötən yay 14 milyon avro müqabilində “Sportinq”dən transfer edib.

0