15 Fevral 10:32 Simeone Bakıdakı darmadağını xatırladı
FUTBOL xəbərləri 15 Fevral 10:32
4447 baxış

Simeone Bakıdakı darmadağını xatırladı

“Biz illüziyalarla yaşamırıq. “Kopenhagen”lə matç qarşımızda duran həqiqətdi”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış Madrid təmsilçisi sonda 3-cü yeri tutaraq, Avropa Liqasına yuvarlanmışdı. İspaniya nəhəngi bu gün 1/16 final mərhələsinin ilk matçında “Kopenhagen”in qonağı olacaq.

 

Oyunöncəsi mətbuat konfransında Simeone ÇL-dəki uğursuz çıxışa da toxunub. O, ən böyük zərbəni V turda “Çelsi”nin “Qarabağ” üzərində Bakıda qazandığı qələbə (4:0) zamanı aldıqlarını söyləyib: “Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”nin “Qarabağ”ı məğlub etməsi vəziyyətimizi pisləşdirdi, bizə mənfi təsir etdi. Sona qədər şansımızı davam etdirsək də, qrupdan çıxmaq alınmadı. Bizim üçün heç də uğurlu avrokubok mövsümü deyildi. Çempionlar Liqasında iki final və bir yarımfinaldan sonra turnirin pis üzünü də görməli idik”.

 

Qeyd edək ki, “Qarabağ”la Bakıda qolsuz bərabərə qalan “Atletiko” Madriddəki görüşdə 1:1 hesabı ilə razılaşmışdı.

 

Xəbər lenti