16 Oktyabr 15:17 Simeone Bakıya 20 futbolçu gətirir
FUTBOL xəbərləri 16 Oktyabr 15:17
550 baxış

Simeone Bakıya 20 futbolçu gətirir

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun Bakıya hansı heyətlə təşrif buyuracağı bəlli olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi paytaxtımıza 20 futbolçu ilə gələcək.

 

Baş məşqçi Dieqo Simeonenin ixtiyarında 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu var.

 

Qapıçılar: 1. Migel Anxel Moya, 13. Yan Oblak, 25. Aksel Verner

Müdafiəçilər: 2. Dieqo Qodin, 3. Filipe Luis, 15. Stefan Saviç, 16. Şime Vrsalyko, 19. Lukas Ernandes, 24. Xose Ximenes

Yarınmmüdafiəçilər: 5. Tomas Partey, 6. Koke, 8. Saul Niges, 10. Yannik Karrasko, 12. Auqusto Fernandes, 14. Qabi, 22. Nikolas Qaytan

Hücumçular: 7. Antuan Qrizmann, 9. Fernando Torres, 11. Anxel Korrea, 21. Kevin Qameyro

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də, Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Xəbər lenti