[b]Simeoneni 3 oyunluq diskvalifikasiya gözləyir - FOTO[/b]
27.04.2018 - 11:53
[b]Simeoneni 3 oyunluq diskvalifikasiya gözləyir - FOTO[/b]

UEFA "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasını ağırlaşdıra bilər. Apasport.az saytının "Marca"ya istinadən məlumatına görə, argentinalı mütəxəssisin baş hakim Kleman Tyurpeni təhqir etdiyi təsdiqlənsə, o, 3 matçlıq diskvalifikasiya olunacaq.

 

10-cu dəqiqədə "Atletiko"nun müdafiəçisi Şime Vrsalko ikinci sarı vərəqə ilə cəzalandırılaraq, meydandan uzaqlaşdırılmışdı. 3 dəqiqə sonra isə Luka Ernandesə qarşı qayda pozuntusuna görə baş hakimdən Ektor Belyerinə sarı vərəqə göstərməsini tələbə edən Dieqo Simeone etirazlar səbəbindən tribunaya göndərilmişdi.

 

Simeonenin avtomatik diskvalifikasiyaya görə Madriddə "Arsenal"la oynanılacaq cavab matçını qaçıracağı dəqiqdi. Əgər Kleman Tyurpen protokolda Dieqonun onun ünvanına səsləndirdiyi təhqiredici ifadələri qeyd edibsə, o zaman diskvalifikasiya müddəti 3 oyuna qədər artırıla bilər. Belə olan halda, "Atletiko" finala çıxarsa, Simeone texniki zonadan yetirmələrinə məsləhətlərini verə bilməyəcək.

0