[b]Skarlatake və Nasimovun durumuna aydınlıq gəldi[/b]
17.07.2018 - 15:48
[b]Skarlatake və Nasimovun durumuna aydınlıq gəldi[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”ı qəbul edəcək “Keşlə”də müdafiəçi Adrian Skarlatake sıraya dönüb. Bu barədə apasport.az saytına məlumatı paytaxt klubunda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Zaur İsmayılov verib.

 

O bildirib ki, zədə ucbatından Maltadakı görüşü buraxan rumıniyalı mərkəz müdafiəçisi kollektivlə birlikdə məşqlərdə iştirak edir və “Dalğa Arena”dakı qarşılaşmada meydana çıxa biləcək.

 

Həmçinin yeni transfer Bahodir Nasimov da iki gündən sonra debüt edəcək. İsmayılov özbəkistanlı forvardın komanda ilə birlikdə hazırlaşdığını bildirib və onun “Baltsan”la qarşılaşmada start heyətində yer alacağını istisna etməyib.

 

Qeyd edək ki, iyulun 19-da keçiriləcək “Keşlə” – “Baltsan” oyunu 21:00-da start götürəcək. Maltadakı ilk matçda ev sahibləri 4:1 hesablı qələbə qazanmışdılar.

0