[b]Son 33 mövsümün antirekordu[/b]
16.04.2018 - 19:44
[b]Son 33 mövsümün antirekordu[/b]

Həftə sonu “Nyukasl”ın qonağı olan “Arsenal” ardıcıl 5-ci səfər görüşündən məğlub ayrılıb. Apasport.az saytının məlumatına görə, “topçular” özünün son 33 mövsümdə antirekordunu imza atıb.

 

Belə ki, komandanın tarixində belə hal sonuncu dəfə 1984/1985 mövsümündə baş vermişdi. “Arsenal” “Nyukasl”dan öncə, “Brayton”, “Tottehem”, “Suonsi” və “Bornmut” səfərlərindən də xalsız qayıtmışdı.

 

Hazırda “Arsenal”la ən yaxın izləyicisi “Börnli” arasında 2 xal fərq var. “Börnli” xal fərqini qapayıb, “topçular”ı qabaqlayacağı təqdirdə, Arsen Vengerin yetirmələri növbəti mövsüm Avroliqada mübarizə aparmaq şansını itirəcəklər.

0