[b]“Srvena Zvezda” – MOİK oyunundan öncə bədbəxt hadisə[/b]
13.02.2018 - 18:03
[b]“Srvena Zvezda” – MOİK oyunundan öncə bədbəxt hadisə[/b]

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində bu gün keçiriləcək “Srvena Zvezda” – MOİK oyunundan öncə bədbəxt hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belqradda qonaq komandanın azarkeşlərindən biri səhər saatlarında dünyasını dəyişib.

 

İlkin informasiyaya görə, onun ölümünə ürəkdayanması səbəb olub. Bu hadisənin iki komanda azarkeşləri arasındakı konfliktlə bağlı olmadığı bildirilir. Rusiya vətəndaşı olan həmin fanatın adı və soyadı müəyyənləşdirildikdən sonra onun ölümünün əsl səbəbi də araşdırılacaq.

 

Qeyd edək ki, “Rayko Mitiç” stadionunda baş tutacaq “Srvena Zvezda” – MOİK qarşılaşması Bakı vaxtı ilə 21:00-da start götürəcək.

0