[b]“Srvena Zvezda” “Qarabağ”ı arzulayır[/b]
23.07.2018 - 12:05
[b]“Srvena Zvezda” “Qarabağ”ı arzulayır[/b]

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, yerli KİV “Srvena Zvezda”nın potensial rəqiblərini dəyərləndirib.

 

“Suduva” səddini keçəcəyi təqdirdə səpələnməmişlərin sırasında yer alacaq “Srvena Zvezda”nın üz-üzə gəlmə ehtimalı olan komandalardan biri də “Qarabağ”dı. Serblər də onlar üçün ən ideal variantlar arasında Azərbaycan çempionunu görürlər: “Srvena Svezda” növbəti mərhələdə “Legiya”, “Astana” və ya “Qarabağ”la düşsə, daha yaxşı olar. “Zalsburq” variantından isə qaçmaq lazımdı”.

 

Qeyd edək ki, ÇL-in püşkatma mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq.

0