[b]“Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi[/b]
20.11.2017 - 09:27
[b]“Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi[/b]

Azərbaycan Premyer Liqasının XII turu 8 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, iki oyunçu qırmızı, altısı isə sarı vərəqə üzündən növbəti turu buraxacaq.

 

Ən ağır durumla “Sumqayıt” üzləşib. “Qarabağ”la matçda sarı vərəqə alan Bəxtiyar Həsənəlizadə, Vüqar Bəybalayev və Xəyal Nəcəfov mövsümdə 4-cü dəfə xəbərdarlıq görüb. Bu futbolçular “Səbail”lə ev matçını buraxacaq.

 

Bu qarşılaşmaya debütant da itki ilə çıxacaq. 4-cü dəfə cəzalanan Elton Yaqublu “Kəpəz”lə qarşılaşmadan sonra xəbərdarlıq limitini doldurub.

 

Gəncə təmsilçisi də 2 oyunçusunu itirib. Dedimar Ferreyra qırmızı, Şəhriyar Rəhimov isə sarı vərəqələr üzündən növbəti turu buraxacaq. Onlar “Qəbələ” ilə ev görüşündə meydana çıxa bilməyəcək.

 

“Sumqayıt”la görüşdə “Qarabağ” da itki verib. Qırmızı vərəqə alan İbrahim Şehiç ən azı qarşıdakı iki turu buraxacaq. Bosniya və herseqovinalı üçün Premyer Liqanın ilk yarısının bitdiyini də söyləmək olar.

 

“Neftçi” də itkidən qaça bilməyib. Paytaxt təmsilçisi Anton Krivotsyukun xidmətindən məhrum olub. Milliləşən legioner “Qəbələ” ilə qarşılaşmada 4-cü xəbərdarlığını alıb. O, növbəti turun “Keşlə” ilə matçını buraxacaq.

 

0