19 Aprel 20:07 “Sumqayıt” – “Qarabağ” matçının vaxtı dəyişdirildi
FUTBOL xəbərləri 19 Aprel 20:07
2183 baxış

“Sumqayıt” – “Qarabağ” matçının vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçının vaxtı dəyişdirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən məlumatına görə, buna “gənclik şəhəri” təmsilçisinin müraciəti səbəb olub.

 

Belə ki, “Sumqayıt” rəhbərliyi PFL-ə rəsmi müraciət edib. Klub “Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib.

 

Onların müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan qurum matçın aprelin 22-də keçirilməsini qərara alıb. Qarşılaşma saat 19:00-da başlayacaq.

Xəbər lenti