[b]Sumqayıtda ara qarışdı: Sadiqov “qızardı”, Abasov qovuldu[/b]
17.02.2018 - 20:02
[b]Sumqayıtda ara qarışdı: Sadiqov “qızardı”, Abasov qovuldu[/b]

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Neftçi” səfərdə “Sumayıt”la qarşılaşır. Apasport.az saytının məlumatına görə, matçın ikinci hissəsində insident baş verib.

 

Belə ki, epizodların birində qonaqların futbolçusu İlkin Qırtımovla “Sumqayıt”lı Ehtiram Şahverdiyevin yan xəttin yaxınlığında toqquşması sonradan qalmaqala səbəb olub. Bir neçə oyunçunun bir yerə toplaşaraq mübahisə etdiyi məqamda görüşün baş hakimi İnqilab Məmmədov Rəşad Sadiqova qırmızı vərəqə göstərib. İlkin Qırtımov da hakimin qəzəbinə tuş gələrək “sarı” ilə cəzalandırılıb.

 

Azarkeşlərin oyunçulara nalayiq ifadələr işlətməsi isə qonaqların etirazı ilə qarşılanıb. “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov kənara gələrək azarkeşlərdən sakit olmalarını istəyib və rəqib həmkarı Tərlan Əhmədovla qısa söhbət edib.

 

Hadisələr bununla yekunlaşmayıb. Bundan 3-4 dəqiqə sonra Sabir Abasov özü də oyunu meydandan kənardan izləməli olub. Auta çıxan topa əsəblə zərbə vuran və meydançaya girərək baş hakim İnqilab Məmmədovla mübahisə edən Abasov texniki zonadan uzaqlaşdırılıb.

 

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda hesab 2:0 meydan sahiblərinin xeyrinədi.

0