[b]Superliqa klubunda istefa[/b]
22.05.2018 - 20:27
[b]Superliqa klubunda istefa[/b]

Superliqa təmsilçisi “Göztəpə” baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 14 ildən sonra komandanı elitaya yüksəldən və debüt mövsümündə 6-cı yeri tutan çalışdırıcının ayrılığı şok effekti yaradıb.

 

Klub rəsmi saytı vasitəsilə uğurlu mövsüm keçirmələrinə baxmayaraq, baş məşqçi ilə qarşılıqlı razılıqla vidalaşdığını bəyan edib. Müqavilə müddəti mayın sonuna qədər olan gənc çalışdırıcı ilə yeni sözləşmə məsələsində ortaq məxrəcə gəlinməyib. Tunanın “Bursaspor” və ya “Sivasspor”a keçidi gözlənilir.

 

“Göztəpə”də isə baş məşqçi postuna Bayram Bektaş gətirilib.

0