[b]"Tarixin ən yaxşısı olmaq üçün oynamıram" - Messi[/b]
16.05.2018 - 15:33
[b]"Tarixin ən yaxşısı olmaq üçün oynamıram" - Messi[/b]

“Tarixin ən yaxşısı olmaq mənim üçün maraqlı deyil. Birinci, ikinci, üçüncü və ya dördüncü olmaq... – heç vaxt belə şeylər barədə düşünməmişəm”. Apasport.az saytının “Goal”a istinadən məlumatına görə, jurnalistlərin, Kriştiano Ronaldo ilə aralarındakı rəqabətə dair sualını Messi belə cavablandırıb.

 

Argentinalı futbolçu əsas məqsədinin oyununu inkişaf etdirmək olduğunu bildirib: “Hər dəfə mövsümün əvvəlindən başlayaraq daha yaxşı futbolçu olmaq, mümkün olan bütün turnirləri qazanmaq, var gücümü meydanda qoymaq üçün çalışıram. “Tarixin ən yaxşısı” statusu mənim üçün heç nəyi dəyişməyəcək. Həmişə inkişaf etməkdə maraqlıyam. Mən heç kimlə rəqabət aparmıram. Tarixin ən yaxşısı olmaq üçün yox, hər il daha güclü olmaq və qələbə qazanmağa davam etmək üçün oynayıram".

 

Qeyd edək ki, Lionel Messi və Kriştiano Ronaldonun hər ikisi 5 dəfə “Qızıl top” mükafatının qalibi olub.

0