21 May 15:40 Tarixin ən zəif “Kəpəz”i
FUTBOL xəbərləri 21 May 15:40
404 baxış

Tarixin ən zəif “Kəpəz”i

“Kəpəz” Topaz Premyer Liqasının 2017/18 mövsümünü 3 antirekordla başa vurub. Apasport.az saytının məlumatına görə, sonuncu pilləni tutan qərblilər yüksək liqadakı yerini itirməklə yanaşı, həm də tarixinin ən aşağı göstəriciləri ilə diqqət çəkib.

 

Mövsümü cəmi 14 xalla başa vuran “Kəpəz” indiyədək heç vaxt bu qədər aciz olmayıb. Premyer Liqada 20-ci mövsümünü keçirən komanda az – 28 oyuna çıxdıqlarını da əsas gətirə bilməz. Çünki Azərbaycan çempionatlarında bundan az matçın baş tutması dəfələrlə yaşansa da, qərblilər daha çox xal toplayıb.

 

Ölkənin ən köklü klublarından biri mövsüm ərzində vur-tut 3 qələbə qazanıb. Elə bu da “Kəpəz”in güclülər dəstəsindəki çıxışları tarixinin antirekordudu.

 

Gəncə klubu çempionat ərzində cəmi 18 qol vurub. Bu, 20 mövsümlük Premyer Liqa tarixinə malik üçqat çempionun ən zəif göstəricisidi.

Xəbər lenti