19 Oktyabr 19:50 Tək “Neftçi” yox, “İnter”lə oyunu da buraxacaq
FUTBOL xəbərləri 19 Oktyabr 19:50
677 baxış

Tək “Neftçi” yox, “İnter”lə oyunu da buraxacaq

“Kəpəz”in “Neftçi” ilə oyuna itkilərlə çıxacağı haqqında xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, gəncəlilərin heyətindəki zədəlilərin arasında ən ciddi xəsarət alan Samba Diallodur.

 

Ötən tur “Zirə”yə qarşı oyunda zədələnərək əvəzlənən Samba iki həftəlik sıradan çıxıb. Müayinədən keçən yarımmüdafiəçinin topuq oynağında ikinci dərəcəli burxulma aşkar edilib.

 

“Neftçi” ilə matçı buraxacaq Diallonun X turda “İnter” ilə görüşdə də meydana çıxacağı sual altındadır. 

 

Xəbər lenti