12 Yanvar 20:57 “Tənqidlərdən bezmişəm” – Zidan
FUTBOL xəbərləri 12 Yanvar 20:57
615 baxış

“Tənqidlərdən bezmişəm” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının ünvanına səslənən tənqidlərdən bezdiyini dilə gətirib. Apasport.az saytının məlumatına görə, “AS” qəzetinə danışan fransalı mütəxəssis söylənilənlərin əksinə heç bir böhranın baş vermədiyini deyib.

 

O, “Selta” (2:2) və “Barselona” (0:3) ilə oyunlardan sonra vəziyyətin o qədər pis olmadığını vurğulayıb: “Real”ın böhranda olması haqqında deyilənləri eşitməkdən bezmişəm. Yüngül desək, yaxşı hal deyil. Sadəcə bizim haqqımızda mənfi danışmaq kimlərəsə sərf edir. Oyunçularıma da demişəm ki, belə sözlərə fikir verməmək lazımdı. Üç cəbhədə - həm Çempionlar Liqası, həm La Liqa, həm də Kral Kubokunda mübarizəni davam etdiririksə, hansısa uğursuzluqdan danışmaq gərəksizdi. Son zamanlardakı uğursuzluqlara baxmayaraq, mən 2017-ci ilin yaxşı keçdiyini hesab edirəm. Komandanın tarixində ilk dəfə 5 mükafat qazanmışıq”.

 

Qeyd edək ki, “Real” hazırda La Liqada turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Barselona”dan 16 xal geri qalır.