19 Aprel 09:52 Təxirə salınmış oyun keçiriləcək
FUTBOL xəbərləri 19 Aprel 09:52
631 baxış

Təxirə salınmış oyun keçiriləcək

Futzal üzrə Yüksək Liqada XV turdan təxirə salınmış oyunun tarixi müəyyənləşib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, “Neftçi” ilə “Yasamal” üz-üzə gələcək.

 

Qarşılaşma aprelin 21-də Bakı İdman Sarayında keçiriləcək. Start fiti 15:00-da veriləcək oyunun hakimləri Elçin Məmmədov, Yusif Nurullayev və Azad Hüseynov olacaq.
 

Tofiq Şükürov isə hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Xəbər lenti