[b]TFF Luçesku ilə bağlı qərar verdi[/b]
13.10.2017 - 16:39
[b]TFF Luçesku ilə bağlı qərar verdi[/b]

Türkiyə yığmasının baş məşqçisi Mirça Luçesku ilə bağlı yekun qərar verilib. Apasport.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı çalışdırıcını postunda saxlayıb.

 

“Ay-ulduzlular” dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiyinə görə, Luçeskunun vəzifəsindən ayrılacağı haqda xəbərlər yayılmışdı. Lakin federasiya rəhbərliyi avqustda müqavilə imzaladıqları mütəxəssislə əməkdaşlığı davam etdirməyi lazım bilib.

 

Məlumatı təcrübəli çalışdırıcının agenti Arkadi Zaporojan da təsdiqləyib: “Türkiyə Futbol Federasiyası Luçeskunun vəzifəsində qalacağını rəsmi şəkildə açıqladı”.

 

Qeyd edək ki, 72 yaşlı məşqçi Türkiyə millisi ilə avqustda 2+1 illik sözləşmə imzalayıb.

0