[b]The Best: Kristiano Ronaldo![/b]
23.10.2017 - 23:55
[b]The Best: Kristiano Ronaldo![/b]

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

 

Bütün digər nominasiyalar öz sahiblərinə təqdim olunduqdan sonra sıra ən çox gözlənilən mükafata çatıb.

 

İlin ən yaxşı kişi futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldo ("Real Madrid”, İspaniya), argentinalı Lionel Messi ("Barselona”, İspaniya) və braziliyalı Neymar (PSJ, Fransa) namizəd olub.

 

Qalibi açıqlamaq isə dünya futbolunun iki əfsanəsi Dieqo Maradona və Ronaldo Luis Nazarioya həvalə olunub. Onlara FİFA prezidenti Cianno İnfantino da qoşulub.

 

Ən çox səs toplayaraq digər iki rəqibini geridə qoyan Kristiano Ronaldo mükafata sahib çıxıb.

 

Qeyd edək Ronaldo ötən mövsüm “Real”la birlikdə Çempionlar Liqasını, İspaniya La Liqasının və klublar arasında dünya çempionatının qalibi olub. O, həmçinin ÇL-nin bombardiri adına da yiyələnib. 

0