[b]“The Sun”: Messi yayda “Mançester Siti”yə keçəcək[/b]
13.10.2017 - 12:16
[b]“The Sun”: Messi yayda “Mançester Siti”yə keçəcək[/b]

“Barselona”nın futbolçusu Lionel Messi komandasını dəyişmək niyyətindədi. Apasport.az saytı xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

 

Bildirilir ki, “Barsa” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq argentinalı hücumçu Kataloniya klubunda qalacağına şübhə edir. Neymarın PSJ-yə keçidi, Ernesto Valverdenin “Barselona”nın baş məşqçisi təyin olunması və Kataloniyanın siyasi vəziyyəti Messini düşünməyə vadar edir. Bu səbəblərə görə 30 yaşlı futbolçu yayda “Mançester Siti”yə keçməyə qarşı deyil.

 

Qeyd edək ki, “Barselona” rəhbərliyi Messi ilə yeni müqavilə haqda razılığa gəldiklərini açıqlasa da, bu, rəsmi şəkildə hələ təsdiqlənməyib. 

0