[b]Tiaqo Alkantara “Barselona”ya qayıtmaq istəyir [/b]
25.06.2018 - 11:24
[b]Tiaqo Alkantara “Barselona”ya qayıtmaq istəyir
[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara “Barselona”ya qayıtmaqda maraqlıdı. Apasport.az saytının “Sport” nəşrinə istinadən məlumatına görə, baş məşqçi Ernesto Valverde ispan futbolçunu komandadan ayrılan Andres İnyestanın əvəzedicisi qismində görür.

 

“Bavariya” 70 milyon avro qarşılığında Tiaqo ilə yollarını ayırmağa hazırdı. “Barselona”nın müdafiəçisi Luka Din keçidin tərkib hissəsi olacağı təqdirdə isə Münhen təmsilçisi endirimə gedə bilər.

 

“Real”ın yeni baş məşqçisi Xulen Lopetegi də Tiaqonun xidmətində maraqlı olsa da, son məlumatlara görə, futbolçu sabiq klubu – “Barselona”da oynamaq istəyir.

0