24 May 15:46 “Tottenhem” “Mançester Yunayted”dən 75 milyon funt tələb edir
FUTBOL xəbərləri 24 May 15:46
814 baxış

“Tottenhem” “Mançester Yunayted”dən 75 milyon funt tələb edir

“Mançester Yunayted” Tobi Alderveyreldin transferi ilə bağlı “Tottenhem”lə danışıqlar aparır. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, daha öncə transferin “qırmızı şeytanlar”a 55 milyon funt sterlinqə başa gələcəyi qeyd olunsa da, London klubunun rəsmisi Daniel Levi ən azı 75 milyon funt sterlinq tələb edir.

 

Alderveyreld hələlik “Tottenhem”lə 2020-ci ilə qədər olan müqaviləsini uzatmayıb. Belçikalı futbolçu sazişini yeniləməyəcəyi təqdirdə, növbəti il anlaşmasında göstərilən sərbəst qalma məbləğini – 25 milyon avronu ödəyən klub onu heyətinə qata biləcək. Bu səbəbdən “Tottenhem” yay “transfer pəncərəsi”ndə Alderveyreldin satışından maksimum qazanc əldə etmək istəyir.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 14 matçda meydana çıxıb və hər hansısa məhsuldar göstərici ilə yadda qala bilməyib.

Xəbər lenti