[b]"Tottenhem"də yeni müqavilə[/b]
17.07.2018 - 00:28
[b]"Tottenhem"də yeni müqavilə[/b]

“Tottenhem”in yarımmüdafiəçisi Erik Lamelanın taleyinə aydınlıq gəlib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 26 yaşlı futbolçu komandasında qalmaq qərarına gəlib.

 

Argentina millisinin üzvü bir neçə klubdan təklif almasına baxmayaraq, londonlularla müqavilə müddətini yeniləyib. Baş məşqçi Mauritsio Poçettinonun xidmətində maraqlı olduğu oyunçu artıq 2022-ci ilə qədər Premyer Liqa təmsilçisinə məxsusdu.

 

Qeyd edək ki, Erik Lamela “Tottenhem”ə 2013-cü ildə “Roma”dan keçib.

0