[b]TPL: Bir mövsümdə iki klubda oynayanlar[/b]
22.05.2018 - 16:55
[b]TPL: Bir mövsümdə iki klubda oynayanlar[/b]

Topaz Premyer Liqasının (TPL) 2017/18 mövsümündə 15 futbolçu iki klubda oynayıb. Apasport.az saytının məlumatına görə, belə oyunçular daha çox “Zirə”də olub.

 

Qəsəbə klubunun 7 üzvü mövsüm ərzində başqa komandada da çıxış etməyə vaxt tapıb.

 

“Keşlə”nin 4, “Zirə” və “Neftçi”nin 3, “Qəbələ”ylə “Qarabağ”ın 2, “Kəpəz”in 1 üzvü sonradan başqa kluba da fayda verib. “Səbail”lə “Sumqayıt”ın oyunçularında isə digər komandalar maraqlı olmayıb.

 

“Zirə” 4, “Kəpəz” 3, “Sumqayıt”, “Qəbələ”, “Səbail” 2, “Neftçi” ilə “Keşlə” bir oyunçu ilə güclənib. “Qarabağ” isə mövsümün ikinci yarısında başqa klubdan oyunçu ilə güclənməyib.

 

Topaz Premyer Liqasında iki klubda oynayanlar

Elnur Abdullayev (“Keşlə” və “Sumqayıt”)

Elşən Abdullayev (“Qarabağ” və “Zirə”)

Fəhmin Muradbəyli (“Neftçi” və “Səbail”)

Ibrahim Aslanlı (“Qarabağ” və “Zirə”)

İlkin Qırtımov (“Keşlə” və “Neftçi”)

Kərim Diniyev (“Kəpəz” və “Səbail”)

Məqsəd İsayev (“Neftçi” və “Keşlə”)

Mirsahib Abbasov (“Keşlə” və “Zirə”)

Nicat Qurbanov (“Zirə” və “Sumqayıt”)

Roman Hüseynov (“Qəbələ” və “Kəpəz”)

Samir Zərgərov (“Keşlə” və “Kəpəz”)

Tarzin Cahangirov (“Neftçi” və “Kəpəz”)

Tellur Mütəllimov (“Qəbələ” və “Zirə”)

Təmkin Xəlilzadə (“Zirə” və “Qəbələ”)

Yusif Nəbiyev (“Zirə” və “Qəbələ”)

 

Qeyd edək ki, mövsüm ərzində iki klubda olan, lakin onlardan yalnız birinin heyətində meydana çıxanlar siyahıya daxil edilməyib.

0