[b]TPL: Ən çox kim oynadı?[/b]
22.05.2018 - 11:30
[b]TPL: Ən çox kim oynadı?[/b]

Topaz Premyer Liqasının (TPL) 2017/18 mövsümündə yalnız 4 futbolçu bütün oyunlarda iştirak edib. Apasport.az saytının məlumatına görə, Cavid İmamverdiyev və Amil Yunanov “Sumqayıt”da, İqnasio Errera “Neftçi”də, Slavik Alxasov “Keşlə”də 28 matç keçirib.

 

Lakin bu oyunçulardan heç biri əvəzolunmaz deyil. Onlara 28 turda 2520 dəqiqə oynamaq nəsib olmayıb.

 

Lakin İmamverdiyev şəriklərini dəqiqə baxımından qabaqlayır. O, meydanda 2257 dəqiqə keçirib. Amildə bu rəqəm 2244-dü.

 

Çempionatın ən çox şans qazanan legioneri isə İqnasiodu. O, 28 görüşdə 2074 dəqiqə meydanda olub. Slavikdə isə bu rəqəm daha aşağıdı. “Keşlə”li 1947 dəqiqə mübarizə aparıb.

0