23 May 11:00 TPL: Qapıçıların "quru oyun" cədvəli
FUTBOL xəbərləri 23 May 11:00
2253 baxış

TPL: Qapıçıların "quru oyun" cədvəli

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 18 qapıçı meydana çıxıb. Apasport.az saytının məlumatına görə, 8 klubdan heç biri mövsümü tək qapıçı ilə keçirməyib.

 

Əvəzolunmaz “1 nömrə”nin olmadığı çempionatımızda 6 komanda 2, “Qarabağ”la “Zirə” 3 əlcək sahibindən yararlanıb. Bu qolkiperlərdən 13-ü yerli, 5-i legionerdi. Əcnəbilərdən üçü Ukrayna, biri Bosniya və Herseqovinanı təmsil edir. Digər legioner isə milliləşən rusiyalıdı.

 

Premyer Liqada ən yaşlı qapıçı Fərhad Vəliyevin 38 yaşı var. Ən gənc qolkiper Abdulla Seyidəhmədov ondan 17 yaş kiçikdi.

 

Oyun sayında qapıçılar arasında rekordçu Dmitri Bezotosnıdı. O, mövsümün 26 matçında şans qazanıb. Ən çox qol buraxmaq antirekordu isə Emil Baleyevə məxsusdu – 33 top.

 

Orta göstəricilərdə İbrahim Şehiç hamıdan yaxşıdı. Premyer Liqanın ən etibarlı qapıçısı hər matçda 0,28 qol buraxıb. Mehdi Cənnətov da isə bu rəqəm 2,20-yə bərabərdi.

 

Şehiç quru oyunların sayında da mövsümün rekordçusudu. O, keçirdiyi 18 matçın 13-də qapısını toxunulmaz saxlayıb. Bezotosnı 9 belə matçla 2-ci yerdədi. Rəşad Əzizli və Fərhad Vəliyev hərəyə 6 quru oyun keçirib. Lakin sonuncu daha çox qarşılaşmaya çıxdığından 3-cü yerdə Əzizli qərarlaşıb. 18 qapıçıdan 4-ü keçirdiyi bütün görüşlərdə qol buraxıb. Onlar arasında daha çox – 5 oyunda iştirak edən Cənnətov bu göstəricidə də sonuncudu.

 

TPL: Qapıçıların quru oyun cədvəli

 

yer

qapıçı

klub

quru oyun

oyun

qol

orta qol

1

İbrahim Sehiç

Qarabağ

13

18

-5

-0,28

2

Dmitri Bezotosnı

Qəbələ

9

26

-23

-0,88

3

Rəşad Əzizli

Neftçi

6

17

-17

-1,00

4

Fərhad Vəliyev

Sumqayıt

6

23

-22

-0,96

5

Şahruddin Məhəmmədəliyev

Qarabağ

4

5

-2

-0,40

6

Səlahət Ağayev

Neftçi

4

11

-11

-1,00

7

Kamal Bayramov

Zirə

4

11

-12

-1,09

8

Anar Nəzirov

Zirə

4

16

-16

-1,00

9

Emil Balayev

Səbail

4

24

-33

-1,38

10

Kamran Ağayev

İnter

3

9

-10

-1,11

11

Davud Kərimi

Kəpəz

3

14

-29

-2,07

12

Orxan Sadıqlı

İnter

3

21

-29

-1,38

13

Anton Kanibolotski

Qarabağ

2

6

-6

-1,00

14

Sergey Litovçenko

Kəpəz

1

14

-18

-1,29

15

Abdulla Seyidəhmədov

Zirə

0

1

-2

-2,00

16

Aqil Məmmədov

Qəbələ

0

3

-3

-1,00

17

Elxan Əhmədov

Səbail

0

4

-6

-1,50

18

Mehdi Cənnətov

Sumqayıt

0

5

-11

-2,20

 

Xəbər lenti