[b]TPL: XXV turun oyunlarının vaxtı açıqlandı[/b]
24.04.2018 - 11:28
[b]TPL: XXV turun oyunlarının vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasında XXV turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, üç gün ərzində reallaşacaq turun bütün görüşlərinin yeri və vaxtı açıqlanıb.

 

Bu turda ilk “dördlük”də qərarlaşan komandalar aşağı sıralarda yer alanlarla görüşəcək. Aprelin 27-də “Zirə” – “Qarabağ” matçı ilə start götürəcək tur iki gün sonra “Sumqayıt” – “Səbail” qarşılaşması ilə yekunlaşacaq. Digər iki görüş – “Keşlə” – “Neftçi” və “Qəbələ” – “Kəpəz” oyunları aprelin 28-də baş tutacaq.
 

Topaz Premyer Liqası

XXV tur

 

27 aprel (cümə)
 
19:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

28 aprel (şənbə)

16:00. “Keşlə” – “Neftçi”
“İnter Arena”
 

18:00. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

29 aprel (bazar)

19:00. “Sumqayıt” – “Səbail”
Sumqayıt. Şəhər stadionu

0