[b]“Trabzonspor”da Ramil şou - 5 qol[/b]
22.07.2018 - 13:06
[b]“Trabzonspor”da Ramil şou - 5 qol[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”un heyətindəki oyunu ilə diqqət çəkib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc forvard Sloveniya toplanışı çərçivəsində keçirilən ikitərəfli oyunda şou göstərib.

 

Moskva “Spartak”ı (1:4) ilə yoxlama görüşündə iştirak etməyən futbolçular ikitərəfli matçda qüvvələrini sınayıblar. Toplanışa sönük başlayan Şeydayev bu qarşılaşmada 5 qol vuraraq, baş məşqçi Ünal Karamanın alqışını qazanıb. “Trabzonspor”da Ramil şou” başlığı ilə verilən yazıda Şeydayevin bununla komandada qalmaq şansının artdığı vurğulanıb.

 

Qeyd edək ki, “Trabzonspor” iyulun 24-də Sloveniya toplanışını başa vuraraq, Trabzona qayıdacaq.

0