[b]Transfer üçün “Qarabağ”la oyunu gözləyirlər[/b]
22.11.2017 - 18:15
[b]Transfer üçün “Qarabağ”la oyunu gözləyirlər[/b]

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Roma” qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastoreyə “elçi düşüb”.

 

“Canavarlar” Çempionlar Liqasında qrup matçları başa çatdıqdan sonra bu keçid üçün fransızlarla danışığa başlayacaqlar. Argentina millisinin üzvü də yanvarda klubunu dəyişmək fikrindədi. PSJ-də əsas heyətə düşə bilməyən sabiq “Palermo”lu yenidən İtaliyada oynamaq arzusunda olduğunu gizlətməyib. Lakin “Roma” ilə yanaşı, “İnter” və “Sevilya” da onun xidmətində maraqlıdı.

 

Qeyd edək ki, “Roma” Çempionlar Liqasının qrupunda son oyununu dekabrın 5-də “Qarabağ”a qarşı keçirəcək. 

0