[b]Tudor “Qalatasaray”ı qarışdırdı: Erkən seçim olacaq[/b]
18.12.2017 - 19:19
[b]Tudor “Qalatasaray”ı qarışdırdı: Erkən seçim olacaq[/b]

“Qalatasaray”da hərəkətli saatlar yaşanır. Apasport.az saytının məlumatına görə, baş məşqçi İqor Tudorun istefaya göndəriliməsindən sonra klubda rəhbər şəxslər arasında anlaşmazlıqlar yaranıb.

 

Belə ki, xorvatiyalı mütəxəssisi kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Klub prezidenti Dursun Özbək boş qalmış baş məşqçi postuna Fatih Terimi dəvət etmək istəsə də, İH-nin digər üzvləri klubun əfsanəsini yenidən iş başında görmək istəmirlər. Bunun da nəticəsində klubun idarə heyəti növbədən kənar iclas çağırmağa qərar verib.

 

Növbədənkənar İdarə Heyəti iclasında klub prezidentliyinə və İH-nə erkən seçimlər də olacaq.

 

Tədbir növbəti ilin yanvar ayının 13-də keçiriləcək. Əgər seçkilərin ilk turunda böyük üstünlük əldə olunmasa, ikinci tur yanvarın 20-də baş tutacaq.

 

Qeyd edək ki, “Qalatasaray” İqor Tudorun rəhbərliyi altında bu mövsün meydana çıxdığı 14 oyunda 8 qələbə, 1 bərabərlik və 5 məğlubiyyət alıb. Komanda hazırda Türkiyə Super Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

0