[b]Türkiyə - Azərbaycan oyununun vaxtı dəqiqləşdi[/b]
17.11.2017 - 17:38
[b]Türkiyə - Azərbaycan oyununun vaxtı dəqiqləşdi[/b]

Türkiyədə təşkil olunacaq “Mersedes Bens Egey cup”da çıxış edəcək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti və oyunlarının təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, Vüqar Məmmədin baş məşqçisi olduğu komanda noyabrın 19-dan 26-a qədər keçiriləcək turnirə 20 futbolçu ilə yollanıb.

 

Turnirdə yığmamızın formasını Emil Bayramov (“BRW-BIK Sport Club”, Ukrayna), Ramin Məhərrəmov  (“Keşlə”), Ramin Nəsirli, Mehmet Ali Serin Melih, Fərid Yusifli, Mirəli Əhmədov, Mahir Həsənov (hamısı “Neftçi”), Vüsal Şabanov, Rüfət Əhmədov, Veysəl Rzayev, Kamal Kazımov, Nika Baçaliaşvili, Samir Məhərrəmli (hamısı “Qəbələ”), Ayxan Cabbarov (“Savedalens”, İsveç), Vüsal Qənbərov (“Texnofootball” İspaniya), Asif Mirzəyev (“Torpedo”, Rusiya), Bəhruz Tanırverdiyev, Məhəmməd Əhmədov, Rəhim Cəfərli (hamısı “Vətən”) və Samir Qasımov (“Zirə”) geyinəcək.

 

Türkiyə, Kosovo və Albaniya komandaları ilə birgə A qrupunda mübarizə aparacaq millimiz ilk matçını noyabrın 20-də keçirəcək. Həmin gün Albaniya ilə üz-üzə gələcək yığmamız ertəsi gün Kosovo, noyabrın 23-də Türkiyə ilə qarşılaşacaq. İlk iki matç saat Bakı vaxtı ilə 12:30-da, son matç 16:00-da başlayacaq.

 

Komandamız ilk iki yerdən birini tutsa, ayın 25-də baş tutacaq həlledici matçlara vəsiqə qazanacaq. Həmin gün qrup ikinciləri bürünc, qalibləri qızıl medallar uğrunda mübarizə aparacaq. 

0