[b]Türkiyə millisinin sabiq hücumçusu karyerasını bitirdi[/b]
21.06.2018 - 11:42
[b]Türkiyə millisinin sabiq hücumçusu karyerasını bitirdi[/b]

Türkiyə millisinin sabiq futbolçusu Halil Altıntop karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, bunu 36 yaşlı hücumçunun özü açıqlayıb.

Almaniyanın “Kayzerslautern” klubuna məxsus Altıntop bildirib ki, komanda rəhbərliyi ilə danışdıqdan sonra bu qərarı verib: “İdman direktoru ilə danışdıqdan sonra peşəkar futbolçu karyerama son qoydum”.

O, “Kayzerslautern”in aşağı yaş qruplarında məşqçiliyə başlayacağını da deyib.

Almaniya təmsilçisinin idman direktoru Martin Bader isə Altıntopun artıq oynamaq istəmədiyi üçün bu qərarı verdiyini açıqlayıb: “Özü müqaviləni ləğv edilməsini istədi. Biz də buna hörmətlə yanaşıb, istəyini yerinə yetirdik. Uğurlu bir karyerası var. İndi U-19-da köməkçi məşqçi olaraq gənclərin yetişməsində mühüm rol oynaya bilər”.

Qeyd edək ki, Altıntop Türkiyənin U-18, U-20, U-21, A2 və əsas yığmalarında oynayıb. O, 2009-cu il iyunun 2-də Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri matçda qol da vurub.

0