[b]Tyerri Anri, Rayan Giqqz, yoxsa Kreyq Bellami?[/b]
19.11.2017 - 15:45
[b]Tyerri Anri, Rayan Giqqz, yoxsa Kreyq Bellami?[/b]

Uels millisi yeni baş məşqçi axtarışındadı. Apasport.az saytının “The Mirror”a istinadən məlumatına görə, “əjdahalar” Kris Koulmenin istefaya göndərilməsindən sonra boş qalan vakant posta namizədləri də müəyyənləşdirib.

 

Sözügedən vəzifəyə ən yaxın namizəd Tyerri Anri hesab olunur. Hazırda Belçika millisində Roberto Martinesin köməkçisi kimi çalışan yaxın keçmişin əfsanəvi fransız oyunçusu özü də gücünü baş məşqçi kimi sınamaqda maraqlıdır.

 

Digər iki mümkün variant isə Uels futbolunun iki məşhur üzvü Rayan Giqqz və Kreyq Bellamidir.

0