[b]UEFA-dan “Panatinaikos”a ağır cəza[/b]
24.04.2018 - 23:40
[b]UEFA-dan “Panatinaikos”a ağır cəza[/b]

“Panatinaikos” Avrokuboklardan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, UEFA Yunanıstan klubunu 3 illik cəzalandırılıb.

 

Buna səbəb “yaşıl yoncalar”ın maliyyə feyr-pley qaydalarını pozmasıdır. Klub əlavə olaraq 100 min avro cərimə də ödəyəcək.

 

Qeyd edək ki, “Panatinaikos” Yunanıstan Super Liqasında 28 turdan sonra 37 xalla 7-ci pillədə qərarlaşıb.

0