[b]UEFA: “Qarabağ” qrupun bir addımlığındadı[/b]
22.08.2017 - 12:35
[b]UEFA: “Qarabağ” qrupun bir addımlığındadı[/b]

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları öncəsi yazı hazırlayıb. Apasport.az xəbər verir ki, bütün qarşılaşmaları qısa dəyərləndirən qurumun rəsmi orqanı “Kopenhagen” – “Qarabağ” matçına da toxunub.

 

Qitə futbol qurumu evdəki ilk matçda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin qrupa düşməyə çox yaxın hesab edir: “Qarabağ”ı Azərbaycanın Çempionlar Liqasının qrupundakı ilk klubu olmağın bir addımlığındadı ki, indiyədək turnirdə UEFA-nın 55 üzvündən 32-nin təmsilçisi qatılıb”.

 

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, Azərbaycan Çempionlar Liqasının qrupunda təmsil olunan 33-cü ölkə kimi tarixə düşəcək.

0