22 Mart 15:15 Ufuk Budak nə vaxt sıraya dönəcək?
FUTBOL xəbərləri 22 Mart 15:15
349 baxış

Ufuk Budak nə vaxt sıraya dönəcək?

Zədə səbəbindən Azərbaycan yığmasının toplanışına qatıla bilməyən “Samsunspor”un müdafiəçisi Ufuk Budakın nə vaxt sıraya dönəcəyi müəyyənləşib. Apasport.az-ın “samsunhaber”ə istinadən məlumatına görə, bu barədə klubun həkimi Mehmet Özdən xəbər verib.

 

O, digər futbolçularla müqayisədə Ufukun sağalması bir qədər gecikəcəyini deyib. 28 yaşlı müdafiəçi “Adanaspor”la matçı da buraxmalı olacaq. Lakin Ufuk növbəti oyunda, konkret olaraq “İstanbulspor”la qarşılaşmada meydana çıxa biləcək.

 

Qeyd edək ki, Ufuk Budak martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisinə dəvət almışdı.

Xəbər lenti