[b]“Valensiya”, “Roma”, “Qarabağ”... [/b]
23.10.2017 - 16:38
[b]“Valensiya”, “Roma”, “Qarabağ”... [/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” öz rekordunu təkrarlayıb. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, komanda buna İspaniya La Liqasının IX turunda “Selta” ilə qarşılaşmada nail olub.

 

Ötən həftəiçi Bakıda “Qarabağ”la qolsuz bərabərə qalan madridlilər “Selta”ya qalib gələrək, ardıcıl 8-ci dəfə səfərdən məğlubiyyətsiz dönüblər. Bununla Dieqo Simeonenin kollektivi 1957-58 mövsümündəki start rekordunu təkrarlayıb. Cari mövsümdə Xirona (“Xirona” – 2:2), Las Palmas (“Las Palmas” – 5:1), Valensiya (“Valensiya” – 0:0), Roma (“Roma” – 0:0), Bilbao (“Atletik” – 2:1), Leqanes (“Leqanes” – 0:0), Bakı (“Qarabağ” – 0:0) və Viqo (“Selta” – 1:0) səfərindən minimum 1 xalla dönməyi bacaran “Atletiko” bu görüşlərin 5-də də qapısının toxunulmazlığını qoruyub.

 

60 il əvvəl isə mövsümün startında ardıcıl 8 səfərin 6-da heç-heçə edən (“Valyadolid” – 2:2, “Selta” – 2:2, “Osasuna” – 1:1, “Sevilya” – 2:2, “Barselona” – 2:2, “Real” – 0:0) və 2 matçda qələbə qazanan (“Sportinq” – 4:2, “Atletik” – 2:1) “Atletiko” bunların yalnız 1-də qol buraxmamışdı.

 

Simeonenin yetirmələri noyabrın 4-də La Liqanın XI turunda “Deportivo” səfərindən də xalla dönə bilsə, öz rekordunu yeniləyəcək.

0