[b]Vernidub yeni klubu ilə müqavilə bağladı[/b]
20.06.2018 - 11:26
[b]Vernidub yeni klubu ilə müqavilə bağladı[/b]

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Vitali Vernidubun yeni klubunun adına rəsmən aydınlıq gəlib. Apasport.az-ın “Zarya”nın saytına istinadən məlumatına görə, mərkəz müdafiəçisi bu klubla müqavilə bağlayıb.

Bu həftənin əvvəlində sabiq klubunun düşərgəsinə qoşulan 31 yaşlı futbolçu artıq münasibətləri rəsmiləşdirib. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Maraqlıdı ki, “Zarya”nın baş məşqçisi olan Vitalinin atası Yuri Vernidub da klubla anlaşmasının müddətini 2020-ci ilə qədər uzadıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Vitali Vernidub ölkəmizə gəlməzdən əvvəl 3 il məhz “Zarya”nın uğurları üçün çalışıb.

0