[b]Vidal “Yuventus”a qayıtmaq istəyir[/b]
25.05.2018 - 11:39
[b]Vidal “Yuventus”a qayıtmaq istəyir[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını İtaliya A Seriyasında davam etdirmək niyyətindədi. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, çilili futbolçu yenidən “Yuventus”da oynamaq istəyir.

 

31 yaşlı oyunçu artıq istəyi barədə agenti Fernando Feliçeviçi məlumatlandırıb.

 

Daha öncə “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelottinin Vidalın xidmətində maraqlı olduğu və onun yaxın günlərdə Neapol təmsilçisi ilə müqavilə imzalayacağı barədə xəbərlər yayılmışdı.

0