13 Avqust 21:13 Vüqar Nadirovdan tarixi qol
FUTBOL xəbərləri 13 Avqust 21:13
1006 baxış

Vüqar Nadirovdan tarixi qol

Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirov adını "Səbail"in tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu klubun Premyer Liqada ilk qoluna müəlliflik edib.

 

Belə ki, I tur çərçivəsində keçirilən "Zirə" - "Səbail" qarşılaşması 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Qonaqların yeganə topuna isə Nadirov imza atıb. O, 43-cü dəqiqədə debütantı ümidləndirsə də, komanda mövsümə məğlubiyyətlə başlayıb. 

Xəbər lenti