21 May 18:32 Vurğun Hüseynov daha 2 il "Sumqayıt"da
FUTBOL xəbərləri 21 May 18:32
336 baxış

Vurğun Hüseynov daha 2 il "Sumqayıt"da

“Sumqayıt” 2018/2019 mövsümü üçün heyətini formalaşdırmağa başlayıb. Apasport.az klubun saytına istinadən məlumat verir ki, “Gənclik şəhəri” təmsilçisi ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb.

 

30 yaşlı müdafiəçi komandası ilə yeni 2 illik müqaviləyə imza atıb. 5 mövsümdü “Sumqayıt”ın şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə klubun heyətində 20 oyuna çıxıb. O, 1800 dəqiqə meydanda olub və 1 qol vurub. Kapitan ümumilikdə isə 131 dəfə "Sumqayıt"ın formasını geyinib.

 

Qeyd ki, Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

Xəbər lenti