[b]“Xəzər Lənkəran”ın yendiyi BATE və tanış “suomilər” [/b]
23.07.2018 - 14:44
[b]“Xəzər Lənkəran”ın yendiyi BATE və tanış “suomilər”
[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin bugünkü püşkatması “Qarabağ”ın mümkün rəqibinin adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 2-ci raundda Albaniya “Kukesi”si ilə qarşılaşan Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Adıçəkilən 4 komandanın hərəsinin qarşıda iki matçı var. Lakin indidən mümkün rəqiblər və onların təmsil etdiyi ölkələrlə duellərin tarixinə baxmaq maraq doğurur.

 

“Qarabağ” “Kukesi” ilə cütdə favoritdisə, BATE də HİK-lə qarşılaşmada daha şanslı sayılır. Avrokuboklar tarixində yalnız 1 dəfə Azərbaycan və Belarus təmsilçiləri üz-üzə gəlib.

 

2011/12 mövsümündə AZAL Avropa Liqasında “Minsk” səddinə ilişib – 1:1, 1:2.

 

Lakin tarixə baxsaq, BATE-nin özü ilə də duelimiz gerçəkləşib. 2008-ci ildə “Birlik kuboku”nu qazanan “Xəzər Lənkəran” Belarusun ən adlı-sanlı klublarından birini məğlub edib – 2:1.

 

Finlandiya klubları ilə isə avrokuboklarda 4 duel gerçəkləşib. Maraqlıdı ki, “suomlər”lə iki komandamız “Qarabağ”la “Keşlə” üz-üzə gəlib.

 

Ağdamlılar 1996/97 mövsümündə “MüPA”ya uduzubsa (0:1, 1:1), 2009/10 mövsümündəə “Honka”nı (1:0, 2:1) mübarizədən kənarlaşdırıb.

 

“Keşlə” “Xəzər Universiteti” adı ilə “Tampere”yə (0:3, 1:0) uduzsa da, “Mariehamn”ı (1:1, 2:0) üstələyib.

 

Bir sözlə, finlərlə 4 dueldə 2 dəfə bizimkilər, 2 dəfə şimallılar mərhələ keçib. Təmsilçilərimiz 4 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi də klublarımızın xeyrinədi – 8:7.

0