[b]Xorvatiya birinci, Azərbaycan sonuncu [/b]
16.04.2018 - 11:24
[b]Xorvatiya birinci, Azərbaycan sonuncu [/b]

Bosniya və Herseqovinada təşkil edilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatıldığı yarışın son matçında Xorvatiya ilə Makedoniya üz-üzə gəlib.

 

Görüşə qədər eyni xala malik komandalardan qalib gələn tərəf birinci yeri tutacaqdı. Nəticədə birinci hissədə vurduğu 2 cavabsız qolla rəqibi üzərində qələbə qazanan xorvatlar (2:0) turniri qalib kimi başa vurublar. Makedoniya 2-ci, onunla eyni sayda xal toplayan meydan sahibləri 3-cü olublarsa, turniri xalsız başa vuran Azərbaycan millisi sonuncu yeri tutub.

 

1

Xorvatiya

3

2

1

0

4-1

8

2

Makedoniya

3

1

1

1

2-2

5

3

Bosniya və H.

3

1

2

0

4-3

5

4

Azərbaycan

3

0

0

3

2-6

0

 

Qeyd: Reqlamentə görə, penaltilər seriyasında qalib gələn tərəf 2, məğlub olan komanda isə 1 xal qazanıb.

0