21 May 10:45 Yaddan çıxmaz “Qarabağ”!
FUTBOL xəbərləri 21 May 10:45
2574 baxış

Yaddan çıxmaz “Qarabağ”!

“Komandamız bu mövsüm La Liqada ikinci yer uğrunda mübarizə apardı və buna nail oldu. Həmçinin, Avropa Liqasının qalibi adını qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu.

 

La Liqanın son turunda “Eybar”la qollu bərabərə qalan (2:2) Madrid təmsilçisi mövsümü ikinci pillədə başa vurub.

 

Qarşılaşmadan sonra mətbuat konfransı keçirən Simeone mövsümü özləri üçün yüksək qiymətləndirib: “Mən hər zaman ən yaxşısını etməyə çalışıram. Yaşamaq məcburiyyətində olduğumuz reallıqlarla yanaşı, üzərimizdə çalışırıq. Bu səbəbdən insanlara dedim ki, bu, adi Avropa Liqası titulu deyil. Həyat insana iki amillə bağlı çətinliklər yaşadır: fürsəti əldən vermək və qərarsız qalmaq. Bizim üçün çətin il oldu. Stadionumuz dəyişdi, yeni transfer edə bilmirdik. Bütün bunlar neqativ atmosfer yaradırdı. Lakin çempionatda mövsümün ilk dövrəsini əla keçirdik”.

 

Argentinalı mütəxəssis Çempionlar Liqasındakı uğursuzluğa da toxunub. O, ən zəif oyunları arasında “Qarabağ”la görüşləri göstərib: “Yaxşı oynamadığımız matçlar oldu. Xüsusən də, bizi Çempionlar Liqasından kənarda qoyan “Qarabağ”la oyunları vurğulamaq istəyərdim. İspaniya Kral Kubokunu da eyni şəkildə keçirdik. Ancaq Avropa Liqasında mübarizəyə başladığımız andan etibarən vəziyyət düzəldi. La Liqanı da yüksək səviyyədə tamamladıq. Uşaqlar son ana qədər təslim olmadılar və bunun bəhrəsini gördülər. Bu gün gördüyümüz işdən zövq alırıq və daha çox zəfər üçün işimizi davam etdiririk”.

 

Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la 0:0 və 1:1 hesablı bərabərliyə imza atmışdı.

Xəbər lenti