[b]Yanvarın ilk ulduz transferləri[/b]
02.01.2018 - 15:07
[b]Yanvarın ilk ulduz transferləri[/b]

Yanvar ayının ilk günündən klublar transferlərini rəsmən bəyan etməyə başlayıblar. Apasport.az saytının məlumatına görə, qış fasiləsində ulduz transferi çox gözlənilməsə də, artıq bir neçəsi həyata keçib.

 

Təbii ki, ən diqqətçəkən keçid Vircil van Diykin astronomik məbləğ qarşılığında “Sauthempton”u “Liverpul”a dəyişməsi olub. “Atletiko”nun hələ mövsümün əvvəlində anlaşdığı “Çelsi”nin hücumçusu Dieqo Kostanın keçidi də, nəhayət ki, rəsmiləşib.

 

Almaniya millisinin hücumçusu Sandro Vaqner “Bavariya”ya üz tutubsa, digər alman forvard Mario Qomes “Volfsburq”dan “Ştutqart”a yollanıb.

 

Avropanın bir neçə nəhəng klubunun maraq dairəsində olan Lukas Lima ölkəsi Braziliyada klub dəyişməklə kifayətlənib.

 

Qış fasiləsinin hələlik ən məşhur 8 transferi:

 

Vircil van Diyk

“Sauthempton”dan “Liverpul”a

85 milyon avroya

 

Dieqo Kosta

“Çelsi”dən “Atletiko”ya

66 milyon avroya

 

Sandro Vaqner

“Hoffenhaym”dan “Bavariya”ya

13 milyon avroya

 

Gilyermo Arana

“Korintians”dan “Sevilya”ya

10 milyon avroya

 

Karlos Vela

“Real Sosyedad”dan “Los Anceles Qalaksi”yə

5 milyon avroya

 

Mario Qomes

“Volfsburq”dan “Ştutqart”a

3 milyon avroya

 

Domoqoy Vida

“Dinamo”dan (Kiyev) “Beşiktaş”a

Havayı

 

Lukas Lima

“Santos”dan “Palmeyras”a

Havayı

0