[b]Yaponiya klubu İnyestanın transferini açıqladı - RƏSMİ[/b]
24.05.2018 - 13:24
[b]Yaponiya klubu İnyestanın transferini açıqladı - RƏSMİ[/b]

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta karyerasını “Vissel Kobe”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yapon klubu rəsmi saytı vasitəsilə ispan futbolçunun transferini bəyan edib.

 

Mayın 26-da “Vissel Kobe”nin stadionunda Andres İnyestanın rəsmi təqdimat mərasimi keçiriləcək.

 

İnyestanın “Vissel”lə 3 illik anlaşmaya vardığı və yeni iş yerində ilinə 30 milyon dollar qazanacağı bildirilir.

 

Qeyd edək ki, sözügedən klubun sahibi “Barselona”nın forma sponsoru “Rakuten”in baş direktoru Hirosi Mikitanidi.

0